XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 12:10

Türkiyə hərbçiləri Qarabağda minatəmizləmə əməliyyatlarında iştirak edir –FOTO

Türkiyə hərbçiləri Azərbaycanın işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsində iştirak edir.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Türkiyə Quru Qüvvələrinin Xüsusi Təyinatlı Mina Təmizləmə birliklərinin 136 hərbçisi Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Türkiyə hərbçiləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə minatəmizləmə təlimi keçməklə bərabər, Qarabağda minatəmizləmə əməliyyatlarında da iştirak edir.