XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 17:59

Kürdə suyun səviyyəsi 3,2 metr qalxıb

Kür çayında suyun səviyyəsi artıb.

Son günlər Kür çayında suyun səviyyəsinin artımı müşühidə olunur. Bu daha çox çayın Salyan rayonu ərazisindən keçən hissəsində özünü biruzə verir.

Son iki gündə Kürdə cüzi enmələr olsa da, təkcə son bir ayda çayda suyun səviyyəsi 3,2 metr qalxıb. Nəticədə çayda yaranmış kiçik adalar əriyərək suyun altında qalıb, sahilboyu quraşdırılmış su nasosları tam gücü ilə işləyir.

Əhalinin yay aylarında su sarıdan yaşadığı sıxıntılar aradan qaldırılıb. Hazırda Kür çayında saniyədə 400 kubmetr su sərfi axır.