XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 18:36

Qırğızıstanda prezident seçkiləri və referendum başa çatıb –Təfərrüat

Qırğızıstanda növbədənkənar prezident seçkiləri və idarəetmə forması məsələsi ilə bağlı referendum yekunlaşıb.

Bu barədə TASS-da respublikanın seçkilərin keçirilməsi və referendum üzrə Mərkəzi Seçki Komissiyasında bildiriblər.

“Axşam saat 20-də (Bakı vaxtı ilə saat 18:00) bütün seçki məntəqələri bağlandı”, – komissiyanın nümayəndəsi deyib. Onun sözlərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 8-dən (Bakı vaxtı ilə saat 06:00) işləyib. Son məlumatlara görə, seçkilərdə qeydə alınmış 3,56 milyon seçicidən 33,13%-i iştirak edib, referendumda isə bu göstərici 33,08% təşkil edib.