XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 21:44

Neftçalada motosiklet qəzaya uğradı:ölən var

Neftçala rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.