XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 12:08

DSMF:Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənişinə başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Strateq.az xəbər verir ki, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq: “Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”.