XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 12:55

Şagirdlərin qış tətili olacaq? –Açıqlama

Təhsil Nazirliyi oktyabr-noyabr aylarında olan iki həftəlik tətillə əlaqədar şagirdlərin qış tətilinin (27-31 yanvar) kompensasiya edilib-edilməyəcəyi ilə bağlı açıqlama verib.

Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Nazirlik həmin tətillə bağlı yaxın günlərdə açıqlamanın veriləcəyini bildirib.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oktyabrın ortalarından noyabrın 2-dək şagirdlərə iki həftəlik tətil verilmişdi. Bu səbəbdən noyabrda şagirdlər üçün nəzərdə tutulan 5 günlük payız tətili ləğv edilib və həmin tətil müddətində şagirdlər distant formada təhsillərini davam etdiriblər.