XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 04:19

Çekistlər Tacikistana toplaşacaqlar

Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşü keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən yaydığı məlumata görə, görüş İŞİD terror qruplaşması tərəfindən irəli gələn mümkün təhdidlərə həsr olunacaq. Xüsusi xidmət orqanlarının rəhbərləri, İŞİD daxil olmaqla, terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildiriblər ki, tədbirdə həmçinin MDB ölkələrinin 2014-2016-ci illərdə antiterror sahəsindəki əməkdaşlıq proqramı müzakirə ediləcək.