XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 22:44

“WhatsApp”ın yeni siyasəti Azərbaycan auditoriyasına təsir etməyəcək- Açıqlama

“WhatsApp” bundan əvvəl də “Facebook” və “Instagram”da səmərəli reklam kampaniyaları üçün istifadəçilərinin şəxsi məlumatlarından istifadə edib, eləcə də bunun əsasında öz məhsullarını yeniləyib.

Bunu Trend-ə texnologiya blogeri Tariyel Ağazadə deyib.

O bildirib ki, “WhatsApp” istifadəçi siyasətinin dəyişməsi iqtisadi baxımdan normaldır:

“WhatsApp” messencerinin sahibi olan “Facebook” onun serverlərini və digər texniki xidmətləri təmin edir. Bu siyasətin alternativi illik abunə haqqı olardı ki, bu da istifadəçilərin narazılığına səbəb olacaqdı”.

Onun sözlərinə görə, “WhatsApp”ın yeni siyasəti Azərbaycan istifadəçilərinə heç cür təsir göstərməyəcək:

“Konfidensiallıq məsələsi Azərbaycanda hazırda aktual deyil. Azərbaycan cəmiyyətində bu messencerdən həm şəhər əhalisi, həm də ucqar kəndlərdə yaşayanlar istifadə edir. Hesab edirəm ki, indi “WhatsApp”dan imtina edən və alternativ messencerlərə yönələn istifadəçilər, yenidən “WhatsApp”a qayıtmalı olacaqlar. Çünki bu messencer Azərbaycan bazarında liderdir”.