XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 11:53

Gürcüstanda koronavirus:yoluxanların sayı 243 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.

Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.