Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini bildirib ki, rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə iki gün səfərdə olacaq. Tanışlıq xarakteri daşıyan səfəri zamanı Stefen MakKormik Gəncə ilə bağlı öncədən məlumatlı olduğunu və bu qədim şəhəri gəzməkdən məmnunluğunu vurğulayıb.
Səfir müavini iqtisadiyyat sahəsi ilə bağlı layihələrdə birgə əməkdaşlığın əhəmiyyətinin vurğulayıb. Gəncə şəhərinin 2016-ci il üçün Avropanın Gənclər Paytaxtı seçilməsini müsbət qiymətləndirib və gələcəkdə britaniyalı gənclərin bu təcrübədən yararlanacaqlarına ümid etdiyini bildirib. Səfir müavini xatırladıb ki, Böyük Britaniya ilə Gəncə şəhəri həmçinin idman və arxeoloji sahədə də əməkdaşlıq edə bilər. Böyük Britaniyanın arxeologiya institutunun Gəncə şəhərində arxeoloji işlərə cəlb edilməsi yolları da nəzərdən keçiriləcək.