“Qarabağ münaqişəsinin kəskinləşməsi tərəflər arasında irimiqyaslı qarşıdurmaya gətirib çıxara bilər”.
Strateq.az bildirir ki, bu sözləri Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja “Rossiya24” kanalına müsahibəsində bildirib.
“KTMT-nin katibliyi təmas xəttində kəskinləşən situasiyanı diqqətlə izləyir. Gecə baş vermiş hadisələr irimiqyaslı münaqişəyə apara bilər. Bu, heç kimə xeyir gətirmir, hamıya ancaq sülh lazımdır”,- deyə Bordyuja bildirib.
KTMT-nin baş katibi deyib ki, təşkilatın bu məsələ ilə bağlı mövqeyi dəfələrlə açıqlanıb. KTMT Qarabağ probelminin sülh yolu ilə həllinə tərəfdardır.