XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 17:42

Bakıda 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişəcək- BNA

Yanvarın 14-də Bakının Binəqədi rayonunun Mirmahmud Kazımovski küçəsi ilə hərəkət edən 52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

“Report” bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, dəyişikliyə səbəb küçənin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləridir.