XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Yanvar 2021 - 20:45

Əməkdar artist vəfat edib –Koronavirusdan

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə  Akademik Opera və Balet Teatrından Strateq.az-a bildirilib ki, əməkdar artist koronavirusdan vəfat edib.

Xatırladaq ki, İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.