XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 04:36

Düyanın ən ucuz kompüteri 9 dollar olacaq

komputer.jpg

ABŞ-da Kaliforniya proqramçıları dünyada ən ucuz tamfunksiyalı portativ kömpüter hazırlayırlar. Bu kompüteri pencəyin cibində gəzdirmək, yaxud kiçik pul kisəsinə yerləşdirmək mümkün olacaq. Bununla belə, portativ kömpüter istifadəçilərə bir çox ofis proqmları ilə işləmək, mətn yazmaq, oxumaq, cədvəl doldurmaq, pdf formatında mətnləri oxumaq, internetə girmək imkanı verəcək. CHIP adını almış kompüterə 1 QQç tezlikli prosessor qoyulacaq, onun 512 mb operativ yaddaşı və 4 Qq-lıq bərk diski olacaq.

Kaliforniya proqramçıları bu kompüterin cəmi 9 dollara satılacağını açıqlayıblar.

çox maraqlıdır ki, bu kompüterin hazırlanması ilə bağlı vəsaitləri sadə insanalr ödəyiblər. Bu cür kompüterin yaradılması ilə bağlı xəbər yayıldıqdan sonra insanlar 2 milyon dollara yaxın ianə veriblər. Bu, gözlənildiyindən çox olub. Belə ki, təşkilatçılar 50 min dollar yığmaq niyyəti ilə kampaniya başlamışdılar.

Strateq.az