XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 01:37

Olland da Qarabağla bağlı bəyanat verdi:“Tərəfləri dərhal atəşi dayandırmağa çağırıram”

olland

 

“Qarabağ münaqişəsini yalnız danışıqlar yolu ilə həll etmək mümkündür”.

Strateq.az bildirir ki, bu barədə Fransa prezidenti Fransua Olland bəyan edib.

Prezidentin yaydığı kommunikedə deyilir: “Mən Dağlıq Qarabağda baş verənlərdən narahatam və tərəfləri dərhal atəşi dayandırmağa çağırıram. Danışıqlardan başqa yol yoxdur”.

Sənəddə daha sonra 2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü xatırlanıb:

“Fransa prezidenti Parisdə hər iki ölkənin başçısını qəbul edərək münaqişənin sülh yolu ilə həllinə sadiqliyini təsdiq edib. İndi ən mühüm olanı atəşin dayandırılmasdır. Münaqişənin yeganə həll variantı danışıqlardır. Prezident Dağlıq Qarabağda baş vermiş insident nəticəsində mülki əhali arasında qurbanlarla bağlı dərin təəssüf hissi keçirir”.