XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 15:29

DİM sədri:"Qəbul proqramları ilə bağlı jurnal yaxın günlərdə çap olunacaq"

“İmtahan məzmununun formalaşması üçün həmişə elmi araşdırmalar aparılır. Qəbul proqramı məktəbin tam proqramı deyil. Qəbul proqramı orta məktəb proqramının qısaldılmış əsas hissəsidir”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, müəyyən dərslər pandemiya səbəbindən keçirilmədi və şagirdlər bunu mənimsəyə bilmədilər: “Onları kənara qoyub deyə bilərikmi ki, bu qəbul proqramına daxil edilməsin?! Axıra qədər lazımi vərdişlər şagirdlərdə olmalıdır. Bu məsələ ilə əlaqədar ciddi araşdırmalar aparırıq. Proqram Təhsil Nazirliyi ilə birgə müzakirə edilib ictimaiyyətə çatdırılır. Artıq qəbul proqramları ilə bağlı jurnal hazırdır və yaxın on gün ərzində çap olunacaq”.