XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 17:28

ICESCO-nun Baş direktoru:"Texniki komanda işğaldan azad olunmuş ərazilərə səfər edəcək”

“Biz qayıtdıqdan sonra komandamızı təşkil edəcəyik. Orada üzv ölkələrin nümayəndələri təmsil olunacaq. Həmiçinin qeyri-üzv ölkələrdən də orada nümayəndələr iştirak edəcək”.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Səfərin tarixi ilə bağlı hələ ki, heç nə deyə bilmərəm. Həftənin sonunda bununla bağlı ekspertləri təyin edəcəyik. Onların səlahiyyətlərini müəyyənləşdirməliyik. Biz ümid edirik ki, fevralın sonunda texniki komanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək”, – o, bildirib/Report.