XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 23:57

Ermənistan mətbuatı:"İtkin erməni hərbçilər Hadrut və Cəbrayılda axtarılacaq"

Ermənistan hərbçilərinin mülki şəxslərlə birlikdə bu gün Hadrut və Cəbrayıl rayonlarında itkin düşən şəxslərin axtarışlarının aparılması təxirə salınıb.

Ermənistan mediasının məlumatına görə, itkin erməni hərbçilər Hadrut və Cəbrayılda sabah axtarılacaq.

Qeyd edilir ki, Qarabağda bu günə qədər aparılan axtarış işləri zamanı 1 230 erməni hərbçisinin və digər şəxlərin meyitləri tapılıb.

Qeyd edək ki, Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş şəxsərin sayının 3 300 nəfəri ötdüyünü açıqlayıb. Nazirliyin rəsmisi bildirib ki, artıq 3 000-dən çox meyitin ekspertizası aparılıb və onların DNT nümunələri götürülüb.

Qarabağ müharibəsində itkin düşmüş, həlak olmuş erməni əsgər və zabitlərin axtarışlarına hərbçilərlə yanaşı, mülki şəxslər – itkinlərin qohumları də cəlb edilib. Onlar yerli hakimiyyəti itkinlərin axtarış işlərini ləng aparmasında ittiham edirlər/Report.