XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 12:24

Şahmar Mövsümov:“Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir”

“Biz dalğavari prosesin ikinci mərhələsində azalmanı müşahidə edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, hazırda vaksinasiya prosesi önəmlidir: “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk”.

Qeyd edək ki, yoluxma əmsalı aparılan testlər zamanı aşkarlanan yoluxma hallarının testlərin sayına nisbətidir.