XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 14:55

Vaksinlər Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına alınacaq

Vaksinasiya strategiyasının necə maliyyələşdiriləcəyi açıqlanıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev bildirib ki, vaksinlərin alınması Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına həyata keçirilir.

Vaksinasiyaya dair digər tədbirlərin görülməsi isə müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsi hesabına və digər maliyyə mənbələrindən olacaq.