XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

16 Yanvar 2021 - 18:23

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olunub

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar.

Həmin şəxs Polis Şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Həsənov 8 gün müddətinə inzibati qaydada həbs olunub.