XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 05:03

Yanan binada xəsarət alanların həyatı təhlükəsi yoxdur

xesaret.jpg

Binəqədi rayonunda baş vermiş yanğında xəsarət alan şəxslərdən 10 nəfəri hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicələrini davam etdirirlər. 3-ü azyaşlı, 6-sı qadın və bir nəfəri kişi olmaqla hər biri Səhiyyə Nazirliyinin rəhbərliyinin daim nəzarəti altındadırlar. Xəsarət alanları nazirliyin səlahiyyətli şəxsləri vaxtaşırı ziyarət edir, onların səhhəti, müalicənin gedişatı ilə şəxsən yaxından tanış olurlar. Onlar ixtisaslaşmış mütəxəssislərin tam nəzarəti altındadırlar və heç bir həyatı təhlükəsi yoxdur.

Bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidməti məlumat verib.