XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 15:10

Daxili İşlər Nazirliyi təkzib edir

Daxili İşlər nazirliyi: “...İddiaların heç bir əsası yoxdur”

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə müsavat.com saytına təkzib məktubu göndərib. Orada yazılıb:
– “Yeni müsavat” qəzetinin 04.03.2015-ci il tarixli sayında Hacıqabul rayon sakini Zemfira Ələkbərovanın müraciəti əsasında dərc olunmuş “Hacıqabul sakini nazirdən kömək istəyir” başlıqlı yazıda adı çəkilən xanımın oğlunun heç bir günahı olmadan işdən çıxarıldığı və haqsızlıqla üzləşdikləri barədə səsləndirdiyi fikirlər həqiqətdən uzaqdır, həmin iddiaların heç bir əsası yoxdur.
Nəzərinizə çatdırmaq istərdim ki, Zemfira Ələkbərovanın oğlu Amid İsgəndərov 2004-2014-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Yol-patrul xidmətinin inspektoru vəzifəsində xidmət edərkən ciddi qanun pozuntularına yol verdiyinə, eləcə də, ona verilmiş “xidməti vəzifəyə tam uyğun olmaması barədə” xəbərdarlıq kimi ciddi intizam tənbehindən lazımi nəticə çıxarmadığına görə A.İsgəndərov ötən ilin aprelində tutduğu vəzifədən azad edilib.
Daha sonra Salyan Rayon Mühafizə Bölməsinin polis nəfəri vəzifəsinə təyin olunsa da A.İsgəndərov bir müddət işə çıxmayıb və öz arzusu ilə DİO-da xidmətdən xaric edilib.
Zemfira Ələkbərovaya oğlu Amidin mühafizə xidmətinə yenidən bərpa olunmasına köməklik göstərilməsi təklif olunsa da müraciət müəllifi övladının əsassız olaraq yalnız DYP xidmətində işə bərpasını tələb edir ki, bu da qanunvericiliyin tələblərinə tamamilə ziddir.