XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2016 - 11:53

Bakıda güclü külək tikilini uçurdu- Xeyli avtomobil əzilib

Aprelin 3-nə keçən gecə müşahidə edilən güclü külək Bakıda müəyyən fəsadlar törədib.

Lent.az-ın məlumatına görə, güclü külək Xəzər rayonu Binə qəsəbəsi Əli İsazadə küçəsində (“Səma” şadlıq sarayının yaxınlığı) yerləşən və təmir edilən 5 mərtəbəli yaşayış binasında ustalar üçün quraşdırılmış metal konstruksiyalı ayaqaltıları uçurub. Nəticədə binanın qarşısında saxlanılmış 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Hazırda ərazidə vətəndaşlara dəymiş ziyanın həcmi dəqiqləşdirilir.