XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 22:47

Azərbaycanlı dünya və olimpiya çempionu cəzalandırılıb –Dopinqə görə

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinir.

Məlumata görə, belə bir ittihamı Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) irəli sürüb. 28 yaşlı idmançı araşdırma müddətində yarışlardan kənarlaşdırılıb.

Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb/Report.