XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 13:35

Poliklinika:"İndiyədək 16 nəfər peyvəndlənib, vəziyyətləri yaxşıdır"

A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikasında dünəndən etibarən başlayan vaksinasiya davam edir.

Poliklinikadan bildirilib ki, dünən işçilərdən 10 nəfərə peyvənd vurulub:

“Bu gün səhər saatlarından isə 6 nəfərə vaksin vurulub və hələ davam edir. Peyvəndlənən şəxslərin vəziyyəti yaxşıdır. Heç bir narahatlıqları yoxdur. 4-5 gün ərzində işçilərin vaksinasiyası tamamilə qurtaracaq”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır/Report.