XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 17:57

Azərbaycanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb

Respublikanın bütün şəhər və rayonlarında COVID-19 qarşı vaksinasiyaya başlanılıb.

Məlumata görə, vaksinasiya prosesi xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçirilir.

Peyvəndlərin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19-a əleyhinə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın ikinci mərhələsinə fevralın 1-dən başlanacaq.

Vaksinasiyada Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinindən istifadə olunur/APA.