XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 11:43

Britaniya səfiri:"Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq"

“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib”.

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın “Twitter” səhifəsindəki paylaşımında qeyd edilir.

“Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”, – deyə səfir bildirib.