XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 14:45

Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini çətinləşdirib- FOTO

İsmayıllı və Ağsu rayonlarına yağan qar magistral yolları ağ örpəyə bürüyüb, bəzi yerlər buz bağlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin  hərəkəti qismən məhdudlaşıb.

Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.

Hazırda İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənir, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilir. Gecə saatlarında bu yolların yenidən buz bağlayacağı gözlənilir. Buna görə sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.