XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

20 Yanvar 2021 - 16:00

Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verib

Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.

APA-nın yerli bürosunun məlumatına görə, 64 yaşlı S. Əsədov bir neçə gün əvvəl istefa ərizəsi yazıb.

S.Əsədov APA-ya açıqlamasında istefa ərizəsi yazdığını təsdiqləyib: “Səhhətimdə yaranan proqlemlərlə bağlı sədr vəzifəsindən istefa verəsi oldum. Müalicəyə ehtiyacım var”.

O, 2016-cı ilin aprel ayından Sumqayıt bələdiyyəsinə sədrlik edirdi. S. Əsədovdan əvvəlki sədr olan Əbülfəz Babayev də istefa verərək vəzifəsindən getmişdi.

Sədr vəzifəsi müvəqqəti olaraq bələdiyyənin sədr müavini Sərviz Süleymanova tapşırılıb.

Qeyd edək ki, Sumqayıt şəhər bələdiyyəsinin 19 üzvü var. Onlardan biri, sədr müavini olan Musa Həsənov bu yaxınlarda koronavirusdan dünyasını dəyişib.