XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

21 Yanvar 2021 - 17:37

İkinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 22,1 faiz olub- Komitə

Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə fəaliyyət göstərən 1684 dövlət və 156 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 129 min uşaq tərbiyə alır.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2020/2021-ci tədris ilinin əvvəlinə ölkənin 4397 dövlət və 34 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,7 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,4 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 22,1 faiz olub.