XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2016 - 18:31

Yerevanla Belarus arasında “Qarabağ” qalmaqalı:Səfir XİN-ə çağrıldı

 

lukasenko-2.jpg

Dağlıq Qarabağda baş verən son gərginlik Ermənistanla Belarus arasında ciddi qalmaqal yaradıb.

Strateq.az bildirir ki, Belarus XİN-inin dünənki bəyanatından sonra Minskin Yerevandakı səfiri İqor Nazaruk Ermənistan XİN-ə çağrılıb. Nazir müavini Şavarş Koçaryan ona erməni tərəfinin narazılığını çatdırıb.

Xatırladaq ki, aprelin 2-də Minsk Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı bəyanat verib. Bəyanatda bildirilir ki, münaqişə ərazi bütövlüyü, süverenlik və dövlət sərhədlərinin pozulmaması şərti ilə həllini tapmaıdır. “Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında həll olunmalıdır”, -deyə Belarus XİN-in bəyanatında vurğulanıb.

Ermənistan Belarus səfirinə bildirib ki, belə bəyanat erməni-belarus əlaqələrinin ruhuna uyğun deyil və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir.