XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Yanvar 2021 - 15:33

Aztəminatlı tələbələrə təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur

Aşağı gəlirli olan insanlara təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bu ilin yeniliklərindən biri tələbə kreditlərinin ali təhsil alan tələbələrə verilməsidir:

“Bu məsələdə də iki prinsip öz əksini tapacaq. Sosial cəhətdən aşağı gəlirləri olan insanlara faizsiz kreditlərin verilməsini və akademik nəticələri yüksək olan tələbəyə standart kredit paketi verməyi düşünürük. Amma kreditlər ümumilikdə vətəndaş məsuliyyəti deməkdir. Dövlət bununla həm də aşağı gəliri olan ailələrə, eyni zamanda bacarığı yüksək olan insanların təhsili üçün imkan yaradır. Bu baxımdan, gələcəkdə bizim böyük imkanlarımız olacaq”.