XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 10:15

Goranboyda iki avtomobil toqquşub:xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Ələkbərov Şükür İmran oğlu ağır bədən xəsarəti alıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyət ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona döş qəfəsinin küt travması, qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.