XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 10:58

Gürcüstanda koronavirus:546 yeni yoluxma qeydə alınıb, 17 nəfər vəfat edib

Gürcüstanda son sutkada daha 546 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 456 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 253 518 yoluxma faktı təsdiqlənib. Yoluxanların 242 085-i sağalıb, 3 055-i isə dünyasını dəyişib.

Karantin rejimində 511, stasionar nəzarətdə isə 3 272 nəfər saxlanılır. 443 nəfər isə xüsusi otellərdə müalicə olunur.