Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci hissəsi çatdırılacaq.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
“Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin”, – nazir qeyd edib.
Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin 10 milyon dozası çatdırılacaq.