XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

24 Yanvar 2021 - 21:44

ABŞ-da koronavirus:yoluxma hallarının sayı 25 milyonu keçib

 

ABŞ-da koronsavirusa yoluxma hallarının sayı 25 milyonu keçib.

Bu barədə federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin məlumatlarını toplayan Cons Hopkins Universiteti bildirib.

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 25 003 695-ə çatıb. ABŞ-da virusdan ölüm hallarının sayı 417 538 təşkil edir.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayına görə liderdir. ABŞ həmçinin pandemiya qurbanlarının sayına görə də bütün ölkələri qabaqlayıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report