XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2015 - 07:21

Tanınmış rəssam Səyyar Əliyevin “Şuşa Qalereyası” Avropa Oyunları dövründə aktiv fəaliyyət göstərəcək

“Yağlı boya ilə kətan üzərində Avropa Oyunlarının simvollarına aid bir neçə şəkil çəkmişəm”

Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq I Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Hər bir kəsin diqqətində olan bu yarışlar yaradıcı insanların da geniş müzakirə mövzusuna çevrilib. çalışdığı sahədən asılı olmayaraq hər kəs möhtəşəm idman yarışının Azərbaycanda keçirilməsi üçün özünü qürurlu və şanslı hesab edir.

Tanınmış rəssam, tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev də ölkəmizdə keçiriləcək Avropa Oyunları ilə bağlı ciddi planlarının olduğunu bildirdi. Onun sözlərinə görə, bu hadisə, eyni zamanda, Azərbaycanın təbliğatı üçün gözəl şans yaratmış olur.

Rəssam qeyd etdi ki, onun rəhbərliyi altında yeni bir qalereyanın açılış işləri həyata keçirilir: “Yağlı boya ilə kətan üzərində Avropa Oyunlarının simvollarına aid bir neçə şəkil çəkmişəm. Yaxın günlərdə həmin tabloları “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinə təqdim edəcəm. Bununla yanaşı, artıq tamamlanma işləri mərhələsində olan “Şuşa”ART Qalereyası”nda Bakıya təşrif buyuracaq turistləri qəbul etməyi də planlaşdırırıq. Bizdə yalnız rəsm nümunləri deyil, eyni zamanda, qədim mis və saxsı qabların, xalçaların nümayişi olacaq. Mədəniyyat və incəsənət sərhəd tanımır. Bilirəm ki, xarici turistlər bizim nümayiş etdirdiyimiz nümunələri maraqla qarşılayacaq. Mənim yaradıcılığımda müxtəlif cür nar əsərləri də çoxluq təşkil edir. Bunu Avropa Oyunlarının simvollarının müəyyənləşməsindən çox əvvəl çəkmişəm. İndi görürəm ki, nara maraq daha da artıb. Hamı məndən “nar” əsəri istəyir. Əlavə olaraq bir neçə “nar” əsərini Bakıda uğur qazanacaq xarici idmançılara hədiyyə etməyi planlaşdırıram. Mən bütün sənət, incəsənət adamlarını ölkəmizdə keçiriləcək Avropa Oyunları ərəfəsində fəal olmağa çağırıram”.

Günel CƏLİLOVA