XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 00:22

Qarabağda olan məşhur rus jurnalisti:“Ermənilər cəbhə rayonlarından kütləvi şəkildə evakuasiya olunur”

 

barabanov

Tanınmış Rusiyalı jurnalist İlya Barabanov işğal altında olan Dağlıq Qarabağa gəlib.

Strateq.az bildirir ki, o, intensiv atəş altında olan ərazidən “Exo Moskvı” radiosuna vəziyyət barədə məlumatlar verib.

İ. Barabanovun sözlərinə görə, erməni separatçıları cəbhə xəttində yerləşən rayonlardan mülki sakinlərin evakuasiyasına başlayıblar. “Sakinləri Dağlıq Qarabağın cəbhədən uzaqda yerləşən yerlərinə evakuasiya edirlər”,-deyə İlya Barabanov bildirib.

 Jurnalist qeyd edib ki, hər iki tərəfdən atəş səsləri kəsilmir. İ. Barabanov deyib ki, atəş nəticəsində zərər çəkənlərin dəqiq sayı bəlli deyil.