“Ali Baş Komandanın göstərişinə əsasən, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları komandanın müavini polkovnik Ceyhun Cəfərov deyib.
O bildirib ki, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: “Bundan əlavə olaraq, minaaxtaran cihazların bir hissəsi artıq alınaraq mühəndis qoşunlarının istifadəsinə verilib”.