XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 10:55

Nigeriyada öldürülən Fərman İsmayılovun dəfn olunacağı yer açıqlandı

Yanvarın 23-də dəniz quldurlarının Nigeriya sahillərində “Mosart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücumu nəticəsində öldürülən azərbaycanlı mühəndis 1976-cı il təvəllüdlü Fərman İsmayılov bu gün dəfn olunacaq.

“Report”un əldə etdiyi məlumata görə, o, Siyəzən rayonu, Qozağacı kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Hazırda F.İsmayılovun cənazəsi Azərbaycana gətirilməsi üçün Türkiyədən yola salınıb.

Qeyd edək ki, hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.