XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 12:52

TN:"Məktəblərin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchizi diqqətdə saxlanılır"

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi bu günlərdə gücləndirilmiş iş rejimində işləyir.

APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, İdarə bütün məktəblərin lazımi dezinfeksiyaedici və gigiyenik vasitələrlə, maye sabunla təchizi işini sahmana salır və sanitar qovşaqların axar su ilə təminatı məsələsini diqqətdə saxlayır.