XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 21:02

Məsut Özil:“Azərbaycana getmək istəyərəm”

“Bütün Azərbaycana salam olsun”.

Apasport.az saytının məlumatına görə, bunu “Fənərbaxça”nın yeni transferi Məsut Özil deyib.

Türkiyə klubu ilə bu gün münasibətləri rəsmiləşdirən ulduz futbolçu Azərbaycandakı “Fənərbaxça” azarkeşlərinə səslənib. İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda “İlin döyüşkən legioneri” seçilən ulduz futbolçu ölkəmizə gəlmək arzusunu da dilə gətirib: “Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Təkcə oradakı “Fənərbaxça”lılara deyil, bütün Azərbaycana salam göndərirəm”.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayıb.