XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 10:54

Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq- Bu tarixdən

Rusiyanın “Aeroflot” aviaşirkəti martın 28-dən aprelin 30-dək 43 ölkəyə müntəzəm reysləri dayandıracağını elan edib.

Trend-in məlumatına görə, bu qərar koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyət tədbirlərinin uzadılması ilə bağlıdır.

Qeyd olunur ki, “Aeroflot”un Moskvadan Azərbaycana, eləcə də Avstriya, Almaniya, Belçika, Ermənistan, İtaliya, İspaniya, İran və digər ölkələrə reysləri ləğv olunacaq.

Eyni zamanda, yük daşımalarının davam edəcəyi deyilib.