XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 14:01

Azərbaycan Körfəz və Avropa ölkələrinə pomidor ixrac etmək niyyətindədir

Москва. Кунцевский рынок.

Bu il pomidor məhsullarının ixracı ilə bağlı diversifikasiya məsələsi ciddi formada nəzərdə tutulur ki, burada söhbət məhsulun Körfəz və Avropa ölkələrinə ixracdan gedir.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, bu bazarlara məhsulun ixracı ilə bağlı xüsusi sertifikatlar əldə etmək lazımdır ki, bu istiqamətdə artıq müvafiq işlərə başlanılıb: “Misal olaraq, “Globalgap” sertifikatı olmasa, məhsul Avropaya ixrac edilə bilməz. Bu, mütləqdir. Sözügedən məhsul nə qədər keyfiyyətli olsa da, bu sertifikat olmasa, məhsul ora idxal oluna bilməyəcək. Körfəz ölkələrində də bu sertifikat istənilir, lakin mütləq deyil. Ancaq “Globalgap” sertifikatı olan məhsul daha xoş qəbul olunur. Bu istiqamətdə artıq işlərə başlanılıb”.