XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 18:17

AVRO-2023:Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Final mərhələsi Rumıniya və Gürcüstanda təşkil olunacaq AVRO-2023-ə 14 vəsiqə uğrunda mübarizə aparacaq 53 komanda 9 qrupa bölünüb.

Səkkiz qrupun hərəsində 6, bir qrupda isə 5 komanda yer alıb. Azərbaycan millisi 6 yığmanın yarışacağı A qrupuna düşüb.

Serbiyalı mütəxəssis Milan Obradoviçin baş məşqçisi olduğu komandamız Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələnin görüşləri 2021-ci il martında start götürəcək.

2022-ci ilin iyununa qədər davam edəcək mərhələdə qrup qalibi olan 9 komanda və ikinci yer sahiblərindən ən yaxşısı (6-cı yerlə nəticə nəzərə alınmamaqla) AVRO-2023-ə birbaşa vəsiqə qazanacaq. Digər 8 komanda 2022-ci ilin sentyabrında pley-offda son 4 vəsiqənin sahibini müəyyənləşdirəcək. (Apasport.az)