XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 21:15

Nazir müavini:“Gürcüstan Cənubi Qafqazda qarşılıqlı anlaşmanın təşviqinə hazırdır”

“Gürcüstan bölgədə iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili deyib.

Onun sözlərinə görə, istənilən münasibətlərin qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması vacibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Gürcüstana səfərini şərh edən A.Xvtisiaşvili bildirib ki, keçirilən görüşlərdə Gürcüstan tərəfi Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması üçün Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın önəmliyini təsdiqləyib: “Gürcüstan həmçinin Cənubi Qafqazın hər üç ölkəsi arasında qarşılıqlı anlaşmanı təşviq etməyə hazırlığını ifadə edib”.