XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 22:39

Bakıda Badamdar qəsəbəsində torpaq sürüşməsi olub, yol bağlanıb- FOTO

Bakının Səbəil rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.