XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 22:59

Koronavirusa qarşı “Johnson&Johnson” peyvəndi 66 faiz effektivdir

Koronavirusa qarşı “Johnson&Johnson” peyvəndinin 66 faiz effektiv olduğu açıqlanıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “Johnson&Johnson” bir dəfəlik peyvəndi ABŞ-da keçirilən sınaqlarda COVID-19-un qarşısının alınmasında 72 faiz effektiv olub. 

Qlobal səviyyədə koronavirusun mutasiya olunmuş variantlarına qarşı aparılan sınaqlarda isə peyvənd 66 faiz effektivlik göstərib.

Sınaqlarda 44 min könüllü iştirak edib. 

Bildirilib ki, sınaqlar zamanı immunizasiyadan 28 gün sonra peyvənd xəstəliyin şiddətli formada keçməsinin və xəstəxanaya yerləşdirilmənin qarşısını almaqda 85% təsirli olub.

“Johnson&Johnson” şirkətinin baş elmi mütəxəssisi Dr. Paul Stoffels deyib ki, bu potensial olaraq yüz milyonlarla insanı COVID-19-un ciddi və ölümcül nəticələrindən qoruyacaq.

Şirkət gələn həftə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsindən (FDA) təcili istifadə üçün icazə almağı planlaşdırır.