Prezident İlham Əliyev Murad Maqomedoviç Kajlayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən M. Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə bu mükafata layiq görülüb.